XİDMƏTLƏR

Vertolyot parkının müxtəlifliyi və əlavə avadanlıqların quraşdırılması imkanları ilə əlaqədar aviaşirkət aşağıdakı növ işləri həyata keçirmək imkanına malikdir:

  • Sərnişinlərin hava yolu ilə daşınması,ekskursiya və VİP uçuşlar
  • Yükün xarici asılqanda və ya kabinada hava yolu ilə daşınması
  • Tikinti-montaj işləri
  • Hava patrulu çəkmə və neft-qaz boru kəmərlərinin və elektrik ötürücü xətlərinin monitorinqi
  • Tibbi evakuasiya (Medivac),axtarış-xilasetmə işləri (SAR),təcili-tibbi yardım (EMS)
  • Üzən qazma qurğularına və gəmilərə uçuşlar (offshore)
  • Aerovizual foto və video ilə bağlı uçuşlar
  • Vertolyotların ekipajla və ekipajsız icarəyə verilməsi
  • Vertolyotla xüsusi turlar və çarterlər (ov, balıq tutma, alpinizm və s.)
  • Torpaq və yüksək yerlərdə helikopter meydançaların tikintisi üçün konsaltinq xidmətləri (binalarda, xəstəxanalarda, dərində dayanan dəniz özüllərində, gəmilərdə və s.) həyata keçirir.

Uçuşlar beynəlxalq sertifikata malik, yüksək səviyyəli peşəkar pilotlar tərəfindən həyata keçirilir. Hal-hazırda uçuşlar “AGUSTA WESTLAND” şirkətinin istehsalı olan AW-139, Fransanın Eurocopter şirkətinin istehsalı olan AS 332L1 (Super Puma), EC 155B1 (Dauphin), Rusiya istehsalı olan Mi-8 – MTV 1 tipli və Mi-171 tipli helikopterlər və ABŞ-ın Sikorsky şirkətinin S-92A tipli helikopterləri və Cessna Textron şirkətinin istehsalı olan kiçik aviasiya üçün nəzərdə tutulmuş, Centurion mühərrikləri ilə təchiz edilmiş Cessna Skyhawk 172S tipli təyyarələr ilə həyata keçirilir.

Uçuş xidmətləri ilə yanaşı yuxarıda adları çəkilən helikopterlərə eyni zamanda müxləlif növ texniki xidmətlər göstərilir:

  • Əsas
  • Operativ
  • Vaxtaşırı
  • Mövsümi
  • Xüsusi

Yuxarıda qeyd edilən xidmətlər yüksək səviyyədə ixtisaslaşmış aviaşirkətin mühəndis-texniki heyəti tərəfindən Azərbaycan Respublikasının Aviasiya Qanunvericiliyi, Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO) və Avropa Aviasiya Təhlükəsizlik Agentliyinin (EASA) tələb və tövsiyyələri rəhbər tutularaq həyata keçirilir.
Bundan əlavə “Silk Vey Helicopter Services” MMC Qafqaz bölgəsində ilk və yeganə şirkətdir ki, Centurion şirkətinin istehsalı olan Centurion 1.7, 2.0, 4.0 tipli mühərriklərə tam olaraq texniki xidmət göstərmək hüququna malikdir.

TOP