TƏHLÜKƏSİZLİK

TƏHLÜKƏSİZLİK SİYASƏTİ

 

“Silk Vey Helicopter Services” MMC-nin rəhbərliyi və bütün vəzifəli şəxslər iqtisadi və istehsalat əməliyyatlarının təhlükəsizlik ilə vəhdətini  nəzarətdə saxlamalıdırlar. Təhlükəsizliyin vahid idarəetmə sisteminin həyata keçirilməsində şirkətin rəhbərliyi və işçi personalı təhlükəsizlik mədəniyyətini davamlı olaraq inkişaf etdirərək, personalı, əmlakı, və ətraf mühiti  zərərlərdən muhafizə etməlidirlər.Bizim aviaşirkətin fəaliyyətində Təhlükəsizlik vacib prioritetdir.  Bizi birləşdirən  amil  strategiyanin inkişaf və təkminləşdirilməsi, idarəetmə sistemi, və bütün aviasiya əməliyyatlarında ən yüksək təhlükəsizlik  keyfiyyətlərinə nail olmaq , yerli və beynəlxalq standartlara yiyələnməkdən ibarətdir.

 

Biz:

  • Bütün aviasiya fəaliyyətimizdə təhlükəsizlik mədəniyyətini inkişaf və bərqərar etdirərək, təhlükəsizliyin dəyərini və vacibliyini hər zaman nümayiş etdirəcəyik.
  • İnsident, bədbəxt hadisələrin, real və potensial təhlükələrin , cəzalandırmadan azad olan məxfi məlumat sistemini inkişaf etdirəcəyik.
  • Əsaslı şübhələr, ümumi səhlənkarlıq, diqqətsizlik, niyyətli olaraq qaydalar və prosedurların pozulması halları istisna edilməklə, təhlükələr haqqında məlumatlandıma sistemi vasitəsilə məlumat verən şəxslərə qarşı heç bir cəza tədbiri görməyəcəyik.
  • Təhlükəsizliyin idarəetmə sistemini müvafiq resurslarla dəstəkləməklə yüksək təhlükəsizlik mədəniyyətinə , ən yüksək aviasiya təcrübələrinə, yüksək məlumatlandırma sisteminə  nail olacağıq, digər şöbə və strukturlara ayrılan diqqəti eyni olaraq təhlükəsizliyə ayırmaqla davamlı inkişaf etdirəcəyik.
  • Təhlükəsizliyin həm rəhbər həm də sadə işçilərin ən prioritet məsuliyyətləri olmasına əminlik yaradacağıq.
  • Təhlükəsizlik fəaliyyətimizdə davamlı inkişaf etmək, riskləri idarə etmək və mümkün dərəcədə aşağı səviyyədə saxlamaq üçün təhlükələrin təyin edilməsi və riskin qiymətləndirilməsi prosesi yaratmaqla ,risklərin məntiqi sonluqlarını azaldacaq və daima nəzarətdə saxlayacağıq.
  • Hava gəmisi ilə əlaqəli bütün əməliyyatlarda mümkün qədər kefiyyətli təcrübəyə əsaslanaraq riskləri minimuma endirəcəyik.
  • Göstərilən xidmət və təmin edilən sistemlərin əməliyyat təhlükəsizliyinə müsbət təsir etdiyinə və müvafiq təhlükəsizlik standartlarına cavab verdiyinə əminlik yaradacağıq.
  • Təhlükəsizlik prosesini inkişaf və təkmilləşdirərək beynəlxalq standartlar  ilə uyğunlaşdıracağıq.
  • Hüquqi ,tənzimləyici tələblər və standartlarla işləyərək, mümkün qədər onları artıqlaması ilə yerinə yetirəcəyik.
  • Bütün işçi personalının uygun və münasib təhlükəsizlik məlumatları və təlimləri ilə təminatına əminlik

yaradacaq, onların təhlükəsizlik işlərində səlahiyyətini ,bilik və bacarıqlarının gördükləri işlərlə uyğunluğuna nəzarət edəcəyik.

  • Təhlükəsizlik strategiyasının və siyasətinin həyata keçirilməsində münasib təlimlər keçmiş insan resurslarının olmasınana əminlik yaradacağıq.
  • Təhlükəsizlik göstəricilərimizi real hədəflər, tapşırıqlar ilə nizamlayacaq  və ölçülər götürəcəyik.
  • Bütün aviasiya əməliyyatlarında ən yüksək təhlükəsizlik standartları və göstəricilərini əldə edəcəyik.
  • Davamlı olaraq təhlükəsizlik göstəricilərini inkişaf etdirəcəyik.
  • Təhlükəsizlik və idarəetmə prinsiplərinə baxış kecirəcək və uyğun qərarların qəbul edilməsində əminlik yaradacağıq.
  • Təhlükəsizlik göstəricilərinə və standartlarına yiyələnmək məqsədilə bütün aviasiya əməliyyatlarında təhlükəsizliyin vahid idarəetməsinin tam və effektiv  olmasına əminlik yaradacağıq.

Bütün işçilər işlərini təhlükəsiz görməyə səy göstərməlidirlər ki ,bu da sifarişçilərin təhlükəsizliyi, şirkətin nüfuzu , personalın  təhlükəsizliyi, əmlak və  ətraf mühitin mühafizəsinə xidmət edəcəkdir.

 

 

SVHS” MMC-nin  Baş Direktoru                                                                                              Azər Sultanov                                                                                                                                                                          

Təhlükəli yüklərin HG ilə daşınması qaydaları

Təhlükəli yüklərin daşınması barədə ÜR-01-002/SWHS/DGM saylı rəhbər Sənədlərə uyğun olaraq tənzimlənir. Müvafiq məlumat üçün Baş direktorun aviasiya təhlükəsizliyi üzrə müşavirinə müraciət edə bilərsiniz.

Silah və döyüş sursatlarının icazəli daşınması qaydaları

Uçuş müddəti ərzində qəbul olunmuş silah, sursat və xüsusi vasitələrin “Silk Vey Helicopter Services” MMC tərəfindən istismar edilən helikopterlər ilə daşınmasına dair ÜR-03-002 / N1 saylı Təlimata uyğun olaraq tənzimlənir. Müvafiq məlumat üçün Baş direktorun aviasiya təhlükəsizliyi üzrə müşavirinə müraciət edə bilərsiniz.

HG ilə daşınması qadağan olunmuş və ya məhdudiyyət qoyulmuş əşya və predmetlər

Hazırki bölmə BMAT-nın, BANA-nın təhlükəsizlik üzrə konsultativ komitəsinin, Azərbaycan Respublikası DMAA-nın məsləhətləri və standartlarına və Azərbaycan Respublikasının qanunverici-normativ aktlarına uyğun olaraq tərtib olunmuşdur.
Hazırki bölmə qadağan edilmiş bir sıra predmet və əşyaların daşınması və onların təsnifatı barədə ümumi məlumatı əks etdirir.
Hava nəqliyyatı vasitəsi ilə daşınması qadağan olunan predmet və əşyalara silah, partlayıcı, tezalışan əşyalar, o cümlədən xarici hissəsi təhlükəsiz kimi görünən, lakin silah kimi istifadə edilmə ehtimalı olan – “ikiməqsədli istifadə predmet”ləridir. Siz, rəsmi icazə olmadan belə predmetləri təhlükəsizlik üzrə yoxlanış məntəqəsindən keçirmək hüququna malik deyilsiniz.
Təhlükəsizlik üzrə yoxlanış keçirilərkən üzə çıxarılmış qadağan edilmiş predmet və əşyalar hava gəmisinə daxil edilmir.

DİQQƏT: Hətta qadağan edilmiş predmetlərin qeyri-ixtiyari olaraq təhlükəsizlik üzrə yoxlanış məntəqəsindən keçirilməsi Azərbaycan Respublikası aviasiya təhlükəsizliyi qaydalarının pozulması deməkdir.

Aviasiya təhlükəsizliyi və hüquq-mühafizə orqanları əməkdaşının icazəsi ilə Siz:
– Qadağan olunmuş predmetin yük hissəsində daşınan Sizin baqaja yerləşdirilməsi imkanının olması məsələsini reys üçün qeydiyyat aparan personal ilə müzakirə etmək;
– Bu cür predmeti Sizi yola salan şəxslərə vermək (bəzi hallarda);
– Əgər mümkündürsə, qadağan olunmuş predmeti maşınınızda saxlayın və ya poçt vasitəsilə göndərin;
– Belə predmetdən könüllü surətdə imtina etməklə, onu təhlükəsizlik üzrə yoxlanış məntəqəsində saxlamaq (lazımi aktlar tərtib edilməklə);
Sərnişinlərdən müsadirə olunan qadağan olunmuş predmet və əşyalardan istifadə qaydası, o cümlədən onları saxlamaq və geri qaytarmaq proseduru predmetin ağırlıq dərəcəsindən asılıdır.
Aşağıdakı cədvəldə Sizə öz əl yükü və baqaj ilə daşınması qadağan olunmuş və qadağan olunmamış predmet və əşyaların siyahısı göstərilmişdir.

DİQQƏT: Nəzərə almalısınız ki, daşınması qadağan olunmamış bəzi predmetlərin Sizin baqajda daşınmasına icazə verilir, lakin onlar əl yükünə qəbul edilmir.

Daşınması qadağan olunmuş və qadağan olunmamış predmet və əşyaların siyahısı tam şəkildə onları əks etdirmir, əksinə zərurət olduqda bu siyahı yenidən təzələnir. Hər bir kəsin təhlükəsizliyinin təmin edilməsi məqsədilə, aviasiya təhlükəsizliyi xidmətinin əməkdaşı qadağan olunmamış predmetlərin siyahısına daxil edilməmiş istənilən predmeti qadağan olunmuş kimi təyin edə bilər. Analoji olaraq, qadağan olunmamışlar siyahısından hər hansı predmet təhlükəli predmet kimi təyin edilə bilər və bununlada, təhlükəsizlik üzrə yoxlanış məntəqəsindən keçirilməsinə icazə verilməz.

DİQQƏT: Siyahı “Silk Vey Helicopter Services” MMC-nin bütün daimi və çarter reysləri üçün tətbiq edilir.

Daşına bilərmi? Əl yükü Baqaj SWHS

Şəxsi əşyalar
Siqar üçün qayçı Yox
Probkaaçan Yox
Manikür qayçı Yox
Eynək üçün alətlər (vintaçan daxil olmaqla) Yox
Kirpiklərin burulması üçün maşa
Toxumaq üçün mil və cəftə Yox
Biçaq Yox
Dırnaq üçün kusaçka Yox
Dırnaq üçün bıçqı Yox
Şəxsi tualet ləvazimatları, o cümlədən məhdud həcmdə aerozol (məs. saç üçün lak, 100 ml-dən çəx olmayan dezodorant)
Təhlükəsiz ülgüclər (birdəfəlik olanlar daxil) Yox
Iti ağızlı metal qayçılar Yox
Oyuncaq silahlar Yox Yox
Çətirlər (yoxlamadan sonra qadağan edilmiş predmetlərin olmaması halında əl yükündə icazə verilir)
Əl ağacı (yoxlamadan sonra qadağan edilmiş predmetlərin olmaması halında əl yükündə icazə verilir)
Diabetiklər üçün ləvazimatlar və avadanlıqlar (yoxlamadan sonra qadağan edilmiş predmetlərin olmaması halında əl yükündə icazə verilir), həmçinin:
– insulin və insulin tərkibli məhsullar;
– şüşəli ampullar və ya bunlardan ibarət qutu;
– iynəsiz şprislər və qələmlər;
– preparatların daxil edilməsi və şprislərin doldurulması üçün qurğu;
– mövcud olan insulin həcmində istifadə edilməmiş şprislər;
– lansetlər;
– qlükozanı ölçən;
– qanda şəkəri aşkar edən zolaq;
– insulin nasosları və onun ehtiyyat hissələri;
Istənilən formalı və ya dozada olan insulin olmalıdır.
Spreydə və ya tabletkalarda tibbi istifadə üçün lazım olan nitroqliserin
(zavod markalı və farmaçevtik etiketli)
Stomatik qayçılar (4 düym və ondan az (10 см); Yox
Protez qurğuları və alətləri , həmçinin:

– burğu;
– universal qayka açarları;
– ptotezin çıxarılması üçün qurğu – əgər protezli sərnişinlə və ya onu müşayiət edən şəxslə aparılarsa;

Yox
Yox



Qeyd: AR aviasiya qaydaları əl yükü ilə maye, jel və aerozolun daşınması ilə əlaqədar məhdudiyyətlər qoyur. Bu məsələ ilə əlaqədar daha ətraflı məlumat almaq üçün reysin nümayəndəsinə müraciət etməyiniz xahiş olunur.

Elektron qurğular
Portativ videokamera və fotoaparat Yox
Videokamera üçün avadanlıq
Yoxlama avadanlığı kameranın daxilindəki aydınlaşdırılmamış plyonkanı xarab edir.
Kameranın və aydınlaşdırılmamış plyonkanın əl yükünə yerləşdirilməsini və ya təhlükəsizlik üzrə yoxlanış məntəqəsində belə kameranın fiziki yoxlanışının vacibliyi barədə xəbərdarlıq edilməsi məsləhət görülür.
Portativ kompüterlər
Mobil telefonlar “Total” şirkətinin sərnişinləri istisna edilir
Peycerlər
Elektron yazı kitabçaları

Qeyd: Uçuşların təhlükəsizliyinin təmin edilməsi tələblərinə əsasən sərnişinlərin bütün uçuş müddəti ərzində elektron avadanlıqlardan istifadəsi qadağan edilir.

Mobil vasitələrdən istifadə bütün uçuş müddəti ərzində qadağandır


Sancan və kəsən predmetlər
Qutular üçün rezak Yox
Buz üçün balta Yox
Bıçaq Yox
Ət üçün çəkic Yox
Ülgüc tipli lezviya – bunlardan, qutular üçün rezak, bıçaq üçün ləvazimatlar, təhlükəsiz ülgüclərdən başqa, kassetsiz ülgüc tipli lezviya Yox
Kiçik qılınc Yox
Qılınc Yox
Qayçı Yox
Qəlyanın metal hissəsi Yox
Şiş Yox

Qeyd: Qeydiyyata alınmış baqajda istənilən iti predmet qutusunda və ya ftulyarında olmalı, və yaxud baqaja baxış keçirən və ya onu yerləşdirən şəxslərin zədə almaması məqsədilə bükülmüş vəziyyətdə olmalıdır.

Silah və döyüş sursatları (təhlükəli yüklərin daşınması qaydalarına baxın)
Döyüş sursatları Yox Yox
Partlayan və yandıran gülləli döyüş sursatları Yox Yox
Qaz patronları Yox Yox
Qaz tapancaları Yox Yox
Pnevmatik silahlar Yox Yox
Pnevmatik silah üçün olan sıxılmış qazlı balon Yox Yox
Odlu silah Yox Yox
Fişəng atan tapanca Yox Yox
Çaxmaq silahlar Yox Yox
Tüfəng barıtı Yox Yox
Odlu silahın və tüfəngin hissələri Yox Yox
Qırma tüfəngi Yox Yox
Odlu silahın maketi Yox Yox
Yarış start tapancaları Yox Yox
Öldürücü olmayan silah Yox Yox

Qeyd: Silah və döyüş sursatlarının daşınması qaydaları barədə ətraflı məlumatla şirkət saytının müvafiq bölməsində tanış ola bilərsiz.

“Silk Vey Helicopter Services”MMC-nin qaydalarına uyğun olaraq, daşınma zamanı odlu silah, aviasiya təhlükəsizliyi əməkdaşının iştirakı ilə boşaldılmalı, sökülməli və yığılmalıdır.


Instrumentari
Balta və baltacıq Yox
Iribuynuzlu mal üçün iynə Yox
Lom Yox
Çəkiclər Yox
Drel (akkumulyatorla quraşdırılmış əl dreli də daxil) Yox
Mişar (akkumulyatorla quraşdırılmış əl dreli də daxil) Yox
Alətlər Yox
Otvertka Yox
Qayka açarı və kəlbətin Yox

Qeyd : Qeydiyyata alınmış baqajda istənilən iti predmet qutusunda və ya ftulyarında olmalı, və yaxud baqaja baxış keçirən və ya onu yerləşdirən şəxslərin zədə almaması məqsədilə bükülmüş vəziyyətdə olmalıdır.

Partlayıcı əşyalar və qurğular (təhlükəli yüklərin daşınması qaydalarına baxın)
Kapsul detonatorlar Yox Yox
Dinamit Yox Yox
Fişəng Yox Yox
Səs çıxardan raketlər (istənilən) Yox Yox
Əl qranatları Yox Yox
Plastik partlayıcılar Yox Yox
Partlayıcı qurğuların maketi Yox Yox
Yanacaq ( yemeyin bişirilməsi üçün və asanalışan əşyalarda istifadə edilənlər də daxil) Yox Yox
Benzin Yox Yox
Qaz qorelkaları Yox Yox
Çaxmaq üçün mayelər Yox Yox
Çaxmaqlar * Yox * Hə *
Kibrit ** Yox ** Hə **
Isveç kibriti Yox Yox
Skipidar və həlledici Yox Yox
Yanan materialların nümunələri Yox Yox

Qeyd:

* platformaya / platformadan reyslər üzrə:

– əl yükündə çaxmağın daşınması qadağandır;

– baqajla boşaldılmış çaxmağın daşınmasına icazə verilir;

** platformaya / platformadan reyslər üzrə:

– əl yükü ilə 4 qutu təhlükəsiz kibritin aparılmasına icazə verilir (isveş kibritlərindən başqa);


Kimyəvi və digər təhlükəli iflicedici əşyalar (təhlükəli yüklərin daşınması qaydalarına baxın)
Hovuz və vanna üçün xlor Yox Yox
Sıxılmış qazlı balonlar (yanğınsöndürənlər də daxil) Yox Yox
Ağardıcı əşyalar Yox Yox
Mayeli, litiumlu batareyalar (invalid arabasında istifadə edilənlər xaric) Yox Yox
Boyalı – spreyli kiçik balonlar Yox Yox
Gözyaşardıcı qaz Yox Yox

pdf“Litium” və “Litium İon” bataryaların daşınması qaydaları

Arzuolunmaz sərnişinlərlə əlaqədar şirkətin siyasəti

Terrorizmlə əlaqədar təhlükələrin artdığı bir zamanda, “Silk Vey Helicopter Services” MMC-nin fəaliyyətində prioritet istiqamətlərdən biri aviadaşımalar zamanı reys üçün qeydiyyat anından başlayaraq təyinat (məntəqə) aeroportunda baqajın qəbul edilməsi anına qədər olan hissəni əhatə edən etaplarda sərnişinlərimizin təhlükəsizliyinin təmin edilməsindən ibarətdir. Biz, əsas diqqəti uçuş zamanı sərnişinlərin təhlükəsizliyinin təmin edilməsinə və HG-nin bortunda müəyyən edilmiş davranış qaydalarına riayət olunmasına veririk.

Bu həmçinin onunla əlaqədardır ki, dünyada son zamanlarda uçuş zamanı ayrı-ayrı sərnişinlərin qanunsuz davranışı nəticəsində baş verən insidentlərin sayının artması müşahidə olunur. Təəssüflər olsun ki, bu cür mənfi tendensiya Azərbaycan Respublikası mülki aviasiyasından yan keçməmişdir.

Bir qayda olaraq, alkoqollu içki qəbul etmiş bəzi sərnişinlər uçuş zamanı müəyyən edilmiş davranış qaydalarına məhəl qoymur və HG bortunda qanunsuz hərəkətlərə yol verirlər, bununla da, bortda psixoloji mikro mühit pozulur, ekipajın normal işində maneələr yaradılır, digər sərnişinlərə narahatçılıq yaradılır, və nəticədə uçuşun təhlükəsizliyi üçün real təhlükə əmələ gəlir. “Silk Vey Helicopter Services” MMC tərəfindən edilən aviadaşımaların xüsusiyyətini nəzərə alaraq, şirkət, alkoqollu içki qəbul etmiş və narko-psixotrop maddələrin təsiri altında olan sərnişinlərin daşınmasından imtina edilməsi hüququnu özündə saxlayır.

“Silk Vey Helicopter Services” MMC-nin arzuolunmaz sərnişinlərlə əlaqədar əsas siyasəti qanunu pozan şəxslərin arzuolunmaz hərəkətlərinə yol verməməkdir.

Bundan başqa, 1963-cü ildə qəbul edilmiş Tokio konvensiyasının müddəalarına uyğun olaraq, HG-nin komandiri uçuşun təhlükəsizliyinin təmin edilməsi və bortda intizamın qorunması məqsədilə HG-ni, insanları və ya onların mülkünü, o cümlədən HG-nin eniş etdiyi istənilən dövlətin ərazisini təhlükə altına salan istənilən sərnişini düşürtmək hüququna malik olması nəzərə alınmalıdır..

Beynəlxalq və yerli qanunvericilik çərçivəsində fəaliyyət göstərən “Silk Vey Helicopter Services” MMC-ti qanunsuz hərəkətlərin qarşısının alınması və bortda intizamın bərpa olunması ilə bağlı HG-i ekipajı üçün geniş həcmli səlahiyyətlər vermişdir.
Sərnişinlər tərəfindən edilən istənilən təcavüzkar hərəkətlərin zamanı, ekipaj üzvləri hadisənin nəzarət altına alınması və eniş zamanı qanunu pozanların hüquq-mühafizə orqanlarına təhvil verilməsi üçün hətta, fiziki gücdən istifadəni də nəzərdə tutan bütün imkanlardan istifadə etmək hüququna malikdirlər. Bununla yanaşı, bortda intizamın bərpa olunması və sərnişinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə HG-komandirlərinə yaxın ərazidə yerləşən istənilən aeroportda planlaşdırılmamış enişin edilməsi hüququ verilmişdir.

“Silk Vey Helicopter Services” MMC, hazırki metodlarla kifayətlənməyərək, reyslərdə qanunsuzluqlara yol verən şəxslərin monitorinqini və uçotu sistemini hazırlayan və onu tətbiq edilməsi sahəsində ilk yerli aviadaşıma şirkətlərindəndir.
Belə şəxslər qanunu pozan tərəfindən edilən ictimai təhlükənin səviyyəsi nəzərə alınmaqla, 1-10 il müddətə “Aviaşirkətin arzuolunmaz sərnişinlər barədə siyahısı”na (buna KİV-də adətən “Qara siyahı” deyilir) daxil edilir.

Bu müddət ərzində “Silk Vey Helicopter Services” MMC, “Sifarişçi” şirkətin rəhbərliyini qabaqcadan xəbərdar etməklə, qanunu pozan sərnişinlərin reysə götürülməsindən imtina edir. Şirkətimiz tərəfindən uçuşların dəniz üzərindən edilməsi və neft şirkətlərinin aviadaşımalar üzrə yeganə podratçısı olması faktını nəzərə alsaq, bu cür cəzanın pul cərimələrindən və ya hüquq-mühafizə orqanları tərəfindən administrativ sanksiyaların qoyulmasından daha effektivli olması faktına həqiqətən şahid ola bilərik.

Qanunu pozanlar barədə məlumatların “Arzuolunmaz sərnişinlər barədə siyahı”ya daxil edilməsi ilə yanaşı, şirkət, qanunu pozanlar tərəfindən edilən qanunsuz hərəkətlər nəticəsində əmələ gəlmiş bütün xərclərin ödənilməsinin məhkəmə qaydasında tələb edilməsi hüququnu özündə saxlayır.

Qanunu pozanların “Aviaşirkətin arzuolunmaz sərnişinlər barədə siyahısı”ya daxil edilməsi ilə nəticələnə bilən məlumat qaydasında verilən qanunsuz hərəkətlərin siyahısı aşağıdakılardır:

  • HG-i ekipaj üzvlərinin qanuni tələblərini yerinə yetirməkdən imtina etmək;
  • HG-i ekipaj üzvləri tərəfindən öz vəzifə öhdəliklərinin icra olunmasına bilərəkdən maneə yaratmaq;
  • Uçuşların təhlükəsizliyinin təmin edilməsinə etinasızlıq göstərmək (uçuş və ya eniş zamanı elektron cihazlardan istifadə, uçuş zamanı mobil telefondan istifadə, təhlükəsizlik kəmərini bağlamaqdan imtina);
  • Ekipaj üzvlərini və ya digər sərnişinləri şifahi qaydada təhqir edtmə;
  • Ekipaj üzvlərinin və ya digər sərnişinlərin həyat və sağlamlıqlarına yönəldilmiş şifahi təhdid;
  • HG bortunda siqarət çəkmə;
  • Aeroportun rejim zonasında və HG bortunda spirtli içkilərdən istifadə;
  • Təhlükəsizlik üzrə yoxlanış zamanı aşkar edilən qadağan olunmuş əşya və predmetlərin icazəsiz keçirilməsi;
  • Ekipaj üzvlərinə və ya digər sərnişinlərə edilən istənilən formalı fiziki zor;
  • Ekipaj üzvlərinə və ya digər sərnişinlərə edilən seksual hərəkətlər;
  • Ekipaj üzvlərinin, digər sərnişinlərin və Aviaşirkətin şəxsi mülkünün zədələnməsi;
  • HG-nin lyuklarını və qapısını icazəsiz açmaq niyyəti;
  • Sərnişin kabinəsində qarışıqlığa yol açan qeyri-adekvat hərəkət;
  • Uçuşların təhlükəsizliyini təhlükə altına alan istənilən digər hərəkətlər və ya Azərbaycan Respublikası cinayət qanunvericiliyinə uyğun olaraq məsuliyyətə cəlb edilməli cinayət əlamətləri;

Uçuş zamanı hava gəmisində davranış qaydaları ilə tanış olmağı təklif edirik. Həmin qaydalarla tanışlıq səyahət zamanı Sizə xoşagəlməz hadisələrdən xilas olmağa imkan verər. 

Hava gəmisində hər bir sərnişin aviasiya təhlükəsizliyinin tələblərinin icrasının iştirakçısına çevrilir. Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin tələblərinə müvafiq olaraq, daxili hava yollarında aviasiya təhlükəsizliyinin müəyyən olunmuş normalarının, qaydalarının və tələblərinin pozulmasına görə sərnişin məsuliyyət daşıyır. Beynəlxalq hava hüququnun (mülki aviasiya üzrə beynəlxalq konvensiyaların) və təyinat məntəqəsindən asılı olmayaraq, aralıqdakı enmə hava limanlarının (meydançaların) qanunvericiliyinə müvafiq olaraq, aviasiya təhlükəsizliyinin müəyyən olunmuş normalarının, qaydalarının və tələblərinin pozulmasına görə sərnişin məsuliyyət daşıyır.

Hava gəmisində sərnişinlərin rəftar qaydalarının pozulmasının təsnifatı. 

Uçuş zamanı hava gəmisində sərnişinlərin rəftar qaydalarının pozulması dedikdə aşağıdakılar başa düşülür:
– “SVHS” aviaşirkəti tərəfindən müəyyən olunmuş qaydaların pozulması (siqaret çəkmək, elektron vasitələrdən və sairdən istifadə etmək)
– heyət üzlərinə hücum etmək (fiziki güc tətbiq etməklə), qorxutmaq və hədə qorxu gəlmək və ya heyət üzvlərinin öz vəzifə borclarını yerinə yetirməsinə əngəl yaratmaq və ya heyət üzvünün öz vəzifəsini yerinə yetirmək qabiliyyətini azaltmaq;
– başqa sərnişinlərə hücum etmək (fiziki güc tətbiq etməklə), qorxutmaq və hədə qorxu gəlmək;
– hava gəmisinin personalının və ya heyətinin aviasiya təhlükəsizliyi norma və qaydalarına riayət olunmasına dair tələblərindən imtina etmək;
– orqanizmin zəhərlənməsinə gətirib çıxaran narkotiklərdən və ya alkoqol içkilərdən istifadə etmək;
-xuliqanlıq hərəkətləri, söyüş, şifahi olaraq təhqir etmək və sair;
– yaşlı və ya yeniyetmə sərnişinləri təhqir etmək və ya zorakılıq tətbiq etmək (hərəkət);
– hava gəmisinin əmlakının və ya avadanlığının qəsdən (düşünülmüş şəkildə) korlanması (məhv edilməsi) və ya sıradan çıxarılması;
– başqa pozma halları (icazəsiz siqaret çəkmək, elektron qurğulardan icazəsiz istifadə etmək, sərnişin terminalını və ya hava gəmisini tərk etməkdən imtina, təhlükəli yüklərin qanunsuz şəkildə daşınması və sair.)
– uçuşların təhlükəsizliyinə təhlükə yaradan və buna görə Azərbaycan Respublikasının cinayət qanunlarına görə məsuliyyətə cəlb olunması nəzərdə tutulan cinayət tərkibli istənilən başqa hərəkət.

Yuxarıda sadalanan hərəkətləri etmiş sərnişin Azərbaycan Respublikasının hava nəqliyyatında və hava gəmisinin göyərtəsində rəftar Qaydalarını pozmuş hesab olunur. 

“SVHS” aviaşirkəti bu üsullarla kifayətlənməyərək, bizim reyslərdə qanunu pozan şəxslərin uçot və monitorinq sistemini tətbiq etmişdir. Belə şəxslər, qanun pozanın hərəkətinin ictimaiyyət üçün təhlükə səviyyəsini nəzərə almaqla, 3 ay və artıq müddətə “Arzuolunmaz sərnişinlər siyahısına” daxil edilir.

Qanunu pozan barəsində məlumatların “Arzuolunmaz sərnişinlər siyahısına” daxil edilməsindən başqa aviaşirkət məhkəmə qaydasında cinayətkardan onun qeyri-qanuni hərəkətləri nəticəsində aviaşirkətə dəyən bütün xərclərin ödənilməsini tələb etmək hüququnu özündə saxlayır.

TOP