HAVA LİMANI

“Silk Vey Helicopter Services” MMC aviasiya şirkəti inzibati binası və texniki xidmət bazası, Bakı şəhəri Zabrat-2 Aeroport ünvanında yerləşir.Müasir standartlara cavab verən Zabrat Hava Limanı uçuşların müvafiq qaydada həyata keçirilməsi üçün tələb olunan əraziyə malikdir. Təhlükəsizliyin təminatı məqsədilə ərazinin sərhədi boyu Israilin RB Tech şirkətinin istehsalı olan xüsusi elektron hasarlarla əhatə edilmiş və xüsusi işıqlandırma sistemi ilə təchiz edilmiş aeroporta giriş xüsusi yoxlanış keçirildikdən sonra mümkündür. Aeroport ərazisinin ümumi sərhədi boyu olan hissələrin və daxili zonaların mühafizəsi, eləcədə giriş və çıxış məntəqələrində nəzarət sistemi, Aviasiya Təhlükəsizlik İdarəsi tərəfindən İCAO və İATA –nın təhlükəsizlik üzrə tələb olunan standartlarına uyğun həyata keçirilir.

Uçuş heyəti üçün əlavə olaraq müasir formada uçuş xidməti binası inşa edilmişdir ki, burada da pilotlar üçün hər bir lazımi şərait mövcuddur. Bu binada pilotlar üçün ofis otaqları, xüsusi linqafon otağı və gecə – gündüz növbətçiliyi üçün otaq təşkil olunmuşdur. Linqafon otağında müəyyən dərslər, təlimlər, məşğələlər keçirilir, aviasiya sahəsində və ona aid istiqamətlərdə müzakirələr aparılır.
Sərnişinlərin uçuşa yola salınması buraxılış qabiliyyəti saatda 240 nəfər olan sərnişin və yük Terminalı vasitəsilə həyata keçirilir.Terminal gəlmə və getmə zallarından, VİP, brifinq otaqlarından, yük anbarı hissəsindən, qeydiyyat duracaqları bölməsindən, 120 oturacaqlı monitorlarla təchiz edilmiş kafe hissəsi olan gözləmə zalından ibarətdir.

Hava Limanı ərazisində kiçik aviasiya üçün nəzərdə tutulmuş təyyarələrin uçuş-enişi üçün uzunluğu 850 m, eni 30 m olan və İCAO-nun aerodromlar üzrə qoyduğu beynəlxalq norma və standartlara cavab verən uçuş-eniş zolağı inşa edilmişdir.Uçuş-eniş zolağı 40 ton yükə hesablanmışdır. Həmçinin gece uçuşlarının həyata keçirilməsi üçün yüksək səviyyədə işiqlandırma sistemi təchiz olunmuşdur.Helikopterlərin qəbulunu təşkil etmək məqsədilə müasir tələblərə cavab verən 12 helikopter dayanacağı inşa edilmişdir.

Zabrat aeroportunda Almaniyanın “BAN – 2000” şirkəti tərəfindən, həm gecə vaxtı, həmçinin mürəkkəb meteo şəraitlərdə vertolyotların qəbulu və buraxılışı üçün nəzərdə tutulmuş və müvafiq beynəlxalq təşkilat tərəfindən sertifikatlaşdırılmış “ACAMS” işıqlandırma kompleksi quraşdırılmışdır. Bu sistem hava gəmisi ekipajı üçün vizual metereoloji şəraitlərdə eniş zamanı dəqiq girişin həyata keçirilməsini təmin edir.

Bundan əlavə Hava Limanı ərazisində aşağıdakı xidmətlər fəaliyyət göstərir:

TOP