TƏHLÜKƏSİZLİK: BİR QLOBAL STANDART. SIFIR QƏZA.

0

“SWHS” MMC Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə başlanan qanvermə aksiyasına qoşulmuşdur. Qanın verilməsi xüsusi cədvələ əsasən, karantin rejiminin tələblərinə riayət olunmaqla həyata keçirilmişdir. Qeyd edək ki, könüllü qanvermə aksiyası irsi qan xəstəliklərindən, xüsusən talassemiyadan əziyyət çəkən insanlara kömək etmək məqsədilə Heydər Əliyev Fondu tərəfindən başlanmışdır.

Profilaktik tədbirlər davam edir

Çərşənbə, 01 Aprel 2020 by

Elan

Cümə axşamı, 20 Fevral 2020 by

2020-ci ilin 7 və 8 aprel tarixlərində “SWHS” MMC-nin bazasında “UAB Aircraft Support and Training Europe” beynəlxalq tədris mərkəzinin təcrübəli mütəxəssisi tərəfindən “Helicopter Landing Officer” mövzusunda beynəlxalq təlim təşkil oluması planlaşdırılır. Planlaşdırılan təlim helikopter daşımalarının təhlükəsiz həyata keçirilməsinə cəlb olunmuş mütəxəssisləri üçün təcrübə məqsədilə təşkil olunur. Təşkil olunacaq təlimdə Sizin şirkətin işçilərinin iştirak etməsinə zərurət

IMG_20200218_093355-(002)

14 fevral 2020-ci il, Bakı –  Azərbaycanın “Silk Way Helikopter Services” şirkətinin Aviadaşınmaların təşkili və müşahidəsi Xidmətinin rəisi Elmar Dadaşov “Azərbaycan Respublikası Dövlət Neft Şirkəti”nin Prezidentinin Əmri ilə Respublikanın neft və qaz sənayesinin inkişafında xüsusi xidmətlərinə görə Fəxri Fərmanı ilə təltif edilmişdir. Həmkarımızı təltif olunması münasibəti ilə “Silk Way Helikopter Services” aviaşirkəti təbrik edir.  

12-12-2019-8

“Silk Way Helicopter Services” MMC-nin kollektivi Sabunçu rayonu ərazisindəki parkda ucaldılmış ümummilli liderimiz Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, onun əziz xatirəsini ehtiramla yad etmişlər. Allah rəhmət eləsin!

Helicopter_ServiceCenter_1

9 dekabr tarixində “Zabrat” aeroportunun ərazisində “Vertolyotların əsaslı təmiri və servisi mərkəzi”nin təməlqoyma mərasimi keçirilmişdir. ⠀⠀ Yeni “Vertolyotların əsaslı təmiri və servisi mərkəzi” mülki aviasiyanın inkişafı ilə bağlı iqtisadi əməkdaşlıq sahəsində Azərbaycan Respublikası və Rusiya Federasiyasının dövlətlərarası hökumət komissiyasının qərarlarına əsasən birgə layihələrin icrası çərçivəsində tikiləcək və regionda bu tipli yeganə müəssisə olacaq. Layihə “Rusiya

21-102019-1

“Silk Way Helicopter Services” aviaşirkətinin pilotu Qabil Cəlilovun təşəbbüsü ilə Qarabağda döyüşlər zamanı həlak olan pilot Feyruz Cəlilov haqqında sənədli film çəkilmişdir. Qabil Cəlilov həlak olan pilotun oğludur. Feyruz Cəlilov Kəlbəcər və Ağdərə rayonlarının müdafiəsi uğrunda gedən döyüşlərdə böyük şücaət və igidlik göstərmişdir. 1993-cü il 30 avqust tarixində Qubadlıda şiddətli döyüşlərin birində Feyruz Cəlilovun idarə

ICAO

Beynəlxalq Mülki Aviasiya Təşkilatı Şurasının Rəyasət Heyəti (ICAO) aviasiya təhlükəsizliyinə nəzarət sahəsində yüksək nailiyyətlərinə görə Azərbaycan mülki aviasiyasını təltif etmişdir. ⠀⠀ Fəxri sertifikat ICAO-nun 75 illiyi və ICAO Assambleyasının Kanadanın Monreal şəhərində keçirilmiş 40-cı yubiley sessiyasına həsr edilmiş Dünya Forumu çərçivəsində təqdim edilmişdir. Azərbaycan nümayəndə heyətinə Dövlət Mülki Aviasiya Agentliyinin direktoru Arif Məmmədov rəhbərlik etmişdir.

Hörmətli və Əziz Neftçilər !

Cümə axşamı, 19 Sentyabr 2019 by
20sentyabr-neft-gunu

Sizi 20 sentyabr “Neftçilər günü” peşə bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm can sağlığı, firavanlıq, ailə səadəti  və Müstəqil Azərbaycan dövlətinin daha da möhkəmlənməsi və qüdrətlənməsi sahəsində şərəfli fəaliyyətinizdə uğurlar, işlərinizdə yeni-yeni nailiyyətlər arzulayırıq. Ölkəmizin həyatında neft sənayəsinin mühüm rol oynadığı, iqtisadi rifahın günü-gündən yaxşılaşdırılması sahəsində görülən işlərin həyata keçirilməsi istiqamətində daim yardımçı

TOP