TƏHLÜKƏSİZLİK: BİR QLOBAL STANDART. SIFIR QƏZA.

12.12.2015-cü il tarixdə “Silk Vey Helicopter Services” MMC-nin işçiləri tərəfindən “Pirallahı helikopter meydançası” ərazisində ağacəkmə mərasimi uğurla həyata keçirilmişdir. Keçirilən iməcliyin əsas məqsədi hava limanı ərazisində və ətraf ərazilərdə ekolojı cəhəddən qorunmasına, onun sərvətlərinin mühafizə olunmasına, eyni zamanda işçilərin maarifləndirilməsinə yönəlmişdir.

05-06 avgust 2015-ci il tarixlərdə “SWHS” MMC-nin bazasında “UAB Aircraft Support and Training Europe” beynəlxalq tədris mərkəzinin təcrübəli mütəxəssisi tərəfindən “Helicopter Landing Officer” mövzusunda beynəlxalq treninq təşkil olunmuşdur. Keçirilən treninqlər məhz Azərbaycan Dövlət Neft Şirkətinin özüllərdə çalışan mütəxəssisləri üçün təcrübə məqsədilə təşkil olunmuşdur.

Ölkəmizdə keçirilən “Bakı Avropa Oyunları 2015” mötəbər idman tədbirində “Silk Way Helicopter Services” MMC uğurla iştirak etmiş və 17 gün ərzində davam edən oyunlar zamanı helikopter vasitəsilə havadan çəkilişləri təşkil etmişdir. Aviaşirkətimizin yüksək peşəkarlığı və fədakarlığı xüsusi qeyd edilərək, şirkət rəsmi şəhadətnamə ilə fərqlənməyə layiq görülmüşdür (şəkillər əlavə olunur).

Yoxlama uğurla başa çatmış və şirkətin ISO 9001:2008 standartına cavab verməsi rəsmən təsdiqlənmişdir.

İyun ayının 02-05. 2015-ci il tarixlərdə Bakı şəhərində 22-ci beynəlxalq “Caspian Oil and Gas” sərgi və konferensiyasında «Silk Vey Helicopter Services» şirkəti uğurla iştirak etmişdir. Xəzər regionunun neft və qaz sahəsində mühüm hadisə olduğu üçün “Caspian Oil and Gas” neft sektorunda aparıcı mütəxəssisləri toplamış və yeni layihələrin yerinə yetirilməsi istiqamətində müxtəlif şirkətlər ilə danışıqlar aparılmışdır. 

27 aprel – 07 may 2015-ci il tarixlərdə “SWHS”MMC-nin bazasında “ICAO Training Institute”-un təcrübəli mütəxəssisi tərəfindən “Aviaqəzaların araşdırılması və təhlili” mövzusunda beynəlxalq treninq keçirilir.

16-17.04.2015-ci il tarixlərdə beynəlxalq təşkilat sayılan “Avropa aviasiya təhlükəsizliyi agentliyi” (EASA) tərəfindən “SWHS” MMC şirkətində “audit” yoxlamaları həyata keçirilmişdir. Yoxlama uğurla başa çatmış və şirkətin EASA Part-145 standartına cavab verməsi rəsmən təsdiqlənmişdir.

http://lady.day.az/news/guests/555041.html

Təlimlərə Azərbaycan Respublikası FHN və Səhiyyə Nazirliyinin müvafiq bölmələri cəlb edilmişdir.

TOP