TƏHLÜKƏSİZLİK: BİR QLOBAL STANDART. SIFIR QƏZA.

27 aprel 2016-cı il, Bakı – Silk Way Helicopter Services (SWHS MMC) kommersiya helikopter şirkəti Azərbaycanda ilk dəfə olaraq helikopter aviadaşımalarının onlayn sifarişi xidmətini təqdim edir.

14 aprel 2016-cı il, Bakı – Silk Way Helicopter Services (SWHS MMC) kommersiya helikopter şirkətinə quruda və dənizdə neft-qaz platformalarında OGP (Oil &Gas Producers Standard) standartlarına uyğun xarici yük asqısı işləri üçün rəsmi xidmət təminatçısı statusu verilmişdir.   Bu xidmətlərin əsas istiqaməti neft-qaz platformalarında fakel  boruların dəyişilməsinə yönəlib, həmçinin iritutumlu yüklərin çətin dislokasiya yerlərinə daşınması

Mülki müdafiə tədbirlərinin Aviaşirkətimiz üçün prioritet məsələlərdən biri olmasını nəzərə alaraq, 03 fevral 2016-cı il tarixdə “Zabrat Hava Limanı”nda fəaliyyət göstərən bütün Xidmət və təşkilatlarla, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə Qoşunları İdarəsinin təcrübəli mütəxəssisləri ilə birgə Mülki müdafiə üzrə tədbirlərin maarifləndirilməsi, normativ qanunveriçi sənədlərin öyrənilməsi və praktiki təlimlərin keçirilməsi həyata keçirilmişdir.

12.12.2015-cü il tarixdə “Silk Vey Helicopter Services” MMC-nin işçiləri tərəfindən “Pirallahı helikopter meydançası” ərazisində ağacəkmə mərasimi uğurla həyata keçirilmişdir. Keçirilən iməcliyin əsas məqsədi hava limanı ərazisində və ətraf ərazilərdə ekolojı cəhəddən qorunmasına, onun sərvətlərinin mühafizə olunmasına, eyni zamanda işçilərin maarifləndirilməsinə yönəlmişdir.

05-06 avgust 2015-ci il tarixlərdə “SWHS” MMC-nin bazasında “UAB Aircraft Support and Training Europe” beynəlxalq tədris mərkəzinin təcrübəli mütəxəssisi tərəfindən “Helicopter Landing Officer” mövzusunda beynəlxalq treninq təşkil olunmuşdur. Keçirilən treninqlər məhz Azərbaycan Dövlət Neft Şirkətinin özüllərdə çalışan mütəxəssisləri üçün təcrübə məqsədilə təşkil olunmuşdur.

Ölkəmizdə keçirilən “Bakı Avropa Oyunları 2015” mötəbər idman tədbirində “Silk Way Helicopter Services” MMC uğurla iştirak etmiş və 17 gün ərzində davam edən oyunlar zamanı helikopter vasitəsilə havadan çəkilişləri təşkil etmişdir. Aviaşirkətimizin yüksək peşəkarlığı və fədakarlığı xüsusi qeyd edilərək, şirkət rəsmi şəhadətnamə ilə fərqlənməyə layiq görülmüşdür (şəkillər əlavə olunur).

Yoxlama uğurla başa çatmış və şirkətin ISO 9001:2008 standartına cavab verməsi rəsmən təsdiqlənmişdir.

İyun ayının 02-05. 2015-ci il tarixlərdə Bakı şəhərində 22-ci beynəlxalq “Caspian Oil and Gas” sərgi və konferensiyasında «Silk Vey Helicopter Services» şirkəti uğurla iştirak etmişdir. Xəzər regionunun neft və qaz sahəsində mühüm hadisə olduğu üçün “Caspian Oil and Gas” neft sektorunda aparıcı mütəxəssisləri toplamış və yeni layihələrin yerinə yetirilməsi istiqamətində müxtəlif şirkətlər ilə danışıqlar aparılmışdır. 

27 aprel – 07 may 2015-ci il tarixlərdə “SWHS”MMC-nin bazasında “ICAO Training Institute”-un təcrübəli mütəxəssisi tərəfindən “Aviaqəzaların araşdırılması və təhlili” mövzusunda beynəlxalq treninq keçirilir.

TOP