Vakansiyalar

Kadr siyasətinin aparılması Azərbaycan Respublikasının Milli Aviasiya Akademiyasını bitirmiş gənclərin mülki aviasiya işinə cəlb edilməsindən, bacarıqlı, istedadlı və öz üzərində işləyən, daima biliklərini artıran milli kadr şəxsi heyətinin formalaşdırılmasından, möhkəm və intizamlı kollektivin yaradılmasından ibarətdir.
Bununla əlaqədar şirkətimiz hava gəmisinin tipindən asılı olaraq kadrların öyrədilməsini xarici ölkələrdə  ilkin və ixtisasartırma kurslarında təmin edir.SWHS aviasiya şirkəti uçuş-texniki heyət vakant vəzifələrini tutmaq üçün müsabiqə elan edir və Sizi həmin müsabiqədə iştirak etməyə dəvət edir.Müsabiqədə iştirak etmək arzusunda olan şəxsdən aşağıda qeyd edilən sənədlərin AZ1104, Bakı şəhəri, Zabrat-2 aeroportu ünvanına təqdim edilməsi xahiş olunur.

Müsabiqədə iştirak etmək üçün tələb olunan sənədlər:

  • Şəxsiyyət vəsiqəsi.
  • Ali məktəbin bitirilməsi haqqında diplom.
  • Azərbaycan və rus dillərini sərbəst bilmək.
  • İnglis dilinin səviyyəsini təsdiq edən sənəd (üstünlük Level 4 səviyyəsində bilənlərə verilir).
  • Sağlamlıq haqqında arayış.
  • Əmək kitabçası (əvvəl işləməyənlər üçün yaşayış yerindən arayış).
  • Hərbi bilet.
  • Tərcümeyi-hal(CV)

 

İŞ ELANLARI

Məlumat

“Silk Vey Helicopter Services” MMC Azərbaycanda dəniz üzərində uçuşlar üçün Sikorsky S-92A və Leonardo AW139 helikopter üçün pilotları işə götürür.

Tələblər

Ümumi

  • Lisenziya ATPL (H) / CPL (H)
  • Lisenziyaya uyğun olan qüvvədə olan tibbi sertifikat
  • Müqavilə helikopter üçün qüvvədə olan tip təsnifat (ilkin təlim)
  • Müqavilə helikopter üçün uçuşların cihazlar vastəsilə yerinə yetirilməsi
  • İngilis dilinin biliyi – səviyyə 4 və ya yuxarı
  • “Uçuş ekipajının imkanları idarə etməsi” kursu (CRM)
  • “Helikopterdən suyun altında təxliyyə” kursu (HUET)
  • “Hava nəqliyyatıyla təhlükəli yüklərin daşınmasının Qaydaları” kursu
  • Dəniz üzərində uçuşlarla bağlı hər hansı olan təcrübə hesaba alınacaq.

Komandir

  • Helikopterdə ümumi uçuş saatı ən azı 3000 saat
  • Komandir qismində ümumi uçuş saatı ən azı 1 500 saat
  • Çox mühərrikli hava gəmisində komandir qismində ümumi uçuş saatı ən azı 1 200 saat
  • Müqavilə helikopterində komandir qismində ümumi uçuş saatı ən azı 100 saat

İkinci pilot

  • Helikopterdə ümumi uçuş saatı ən azı 500 saat
  • Çox mühərrikli hava gəmisində ümumi uçuş saatı ən azı 500 saat
  • Uçuş ekipajı tərkibində ümumi uçuş saatı ən azı 100 saat
  • Müqavilə helikopterində uçuş ekipajı tərkibində ümumi uçuş saatı ən azı 50 saat

 

Qeyd: Siz uçuş vaxtının təsdiq etməsini (sübutunu) təqdim etməlisiniz, hansı ki, bu vəzifə üçün nəzərə alınmış olmalıdır. Ərizənin verilməsi üçün info@swhs.az ünvanında xülasəni göndərin. Əlaqə telefonu: (+99412) 437-40-49


 

 

 

TOP