Tarix

“Silk Vey Helicopter Services” MMC Azərbaycan Respublikası ərazisində kiçik aviasiya sahəsində fəaliyyət göstərən ən böyük aviaşirkətdir. Yeni yaradılmasına baxmayaraq, şirkət qısa zaman ərzində böyük nəaliyyətlər qazanmışdır. Bu da Azərbaycan Respublikasında azad sahibkarlığın inkişafı üçün yaradılmış yüksək şəraitin olmasını bir daha sübut edir.

“Silk Vey Helicopter Services” MMC 18 mart 2008-ci ildə hüquqi şəxs kimi qeydiyyata alınıb və Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Administrasiyası tərəfindən verilən İstismar haqqında Şəhadətnaməyə və Lisenziyaya malikdir. Aviaşirkət təhlükəli yüklərin daşınması, axtarış-xilasetmə və qəza- xilasetmə işlərinin yerinə yetirilməsi və digər növ aviasiya işləri üçün lazımi bütün sənədlərə və icazələrə yiyələnib.

Şirkətin fəaliyyətində əsas məqsəd iqtisadi mənafedən əvvəl uçuşların təhlükəsizliyinin təmin olunmasıdır. Bu məqsədlə də şirkətdə çalışan mütəxəssislərin peşəkarlıq səviyyəsinin yüksəldilməsinə xüsusi önəm verilir. Mütəxəssislərin peşəkarlıq səviyyəsinin artırılması məqsədilə istər texniki, istərsə uçuş heyəti və digər mütəxəssislər üçün vaxtaşırı olaraq “Silk Vey Helicopter Services” MMC-nin bazasında və yaxud Milli Aviasiya Akademiyasının tərkibində fəaliyyət göstərən İxtisasartırma Mərkəzində və həmçinin ABŞ, Fransa, Almaniya, Kanada, Rusiya, İtaliya, Litva və digər öıkələrdə uyğun sahələr üzrə xüsusi kurslar təşkil olunur.
Müxtəlif tip helikopterlər və onların sistemləri üzrə mütəxəssislər iki istiqamətdə, Şərq və Qərb texnikası üzrə ixtisaslaşmışlar.Onlar müvafiq istiqamət üzrə tələb olunan sertifikatlara malikdirlər.

Şərq texnikası dedikdə Rusiya və Asiya ölkələrinin istehsalı, Qərb texnikası dedikdə isə Avropa və Amerika ölkələrinin istehsalı olan helikopter və təyyarələr nəzərdə tutulur.

Şirkətin mütəxəssisləri tərəfindən dünya aviasiya sahəsində gedən inkişaf və baş verən dəyişikliklər mütəmadi olaraq yaxından izlənilir. Aviasiya sahəsində etibarlılıq səviyyəsinin yüksəldilməsi məqsədilə yeni texnologiyaların və innovasiya proqramlarının tədbiqi üçün xüsusi planlar işlənib hazırlanır. Bundan əlavə, aviasiya sahəsində müxtəlif elmi araşdırmalar aparılır və bu sahədə keçirilən bir sira beynəlxalq elmi-texniki konfranslarda yaxından iştirak edir və öz sahələri üzrə digər tanınmış dünya şirkətləri ilə əlaqələr qurur.

TOP