SWHS Bu Gün

«Silk Way Helicopter Services» şirkəti Azərbaycanın ən müasir aviasiya şirkətlərindən biridir. Bizim aviaşirkətin keçmişində kiçik aviasiyanın çoxillik ənənələru durur. Aviaşirkətin vertolyotları hər il 150 mindən artıq sərnişin daşıyır. Biz ən kiçik zaman kəsiyində və yüksək səviyyədə Avropa meyarlarına uyğun xidmətlər təqdim edirik.

Hazırda şirkətin Zabrat aeroportunda yerləşən hava gəmiləri parkına Sikorsky S-92A, Leonardo Helicopters AW139, Airbus Helicopters AS-332L1, Airbus Helicopters EC-155B1, Ми-8МТВ-1, Ми-8АМТ¸ həmçinin Cessna 172S tipli təyyarələr daxildir.

Bu gün bizim aviaşirkət dənizdə, buruq platformalarında uçuş və yerə enmə həyata keçirmək imkanlarına, həmçinin dağlıq yerlərdə sərnişin və yüklərin, təhlükəli yüklərin daşınmasını, tikinti-quraşdırma işlərini və axtarış-xilasetmə əməliyyatlarının aparılmasını, YNH-ləri xəsarət almışları və xəstələrin daşınmasını həyata keçirmək imkanlarına malikdir. Bizim aviaşirkətin bir çox vertolyotları VOR/DME, ILS/DHE naviqasiya sistemi ilə, GPS peyk naviqasiya sistemi ilə, çətin hava şəraitində uçuşlar üçün nəzərdə tutulmuş radar sistemi ilə, (EGPWS) yerə yaxınlaşmanın xəbərdarlıq sistemi ilə, ВС-yə yaxınlaşma xəbərdarlıq sistemi ilə, ВС (HUMS) sisteminin saz olmasına nəzarət sistemi ilə, buzlaşma əleyhinə sistemlə, ötürücü qəza sistemi və digər müasir avadanlıqlarla təchiz edilmişdir.

Bizim aeroport bütün sektorlar daxil olmaqla saatda 240 nəfər daşıma qabiliyyətilə beynəlxalq standartlara cavab verən yeni keyfiyyət kriteriyalarına, istismara verilmiş, İCAO (Beynəlxalq Mülki Aviasiya Təşkilatı) normalarına uyğun yeni uçuş-enmə zolağa, yeni anqarlar, anbarlar və texniki xidmət sexləri, vertolyotların gecə vaxtı qəbulu və uçuşa buraxılması üçün nəzərdə tutulmuş «ACAMS» texniki işıq kompleksləri, çətin metereoloji hava şəraitlərində, 24/7 rejimdə təhlükəsiz uçuşların həyata keçirilməsi üçün nəzərdə tutulmuş GNSS sistemi, VİP-salon, brifinqlər üçün otaq, yük anbarı, qeydiyyat şöbəsi və gözləmə otağına və digər imkanlara malikdir.

Bizim aviaşirkət (ISO 9001:2008) keyfiyyətin menecmenti sahəsində Standartlaşdırma üzrə Beynəlxalq Təşkilat tərəfindən EASA (Part-145)-nın tələblərinə uyğun olaraq sertifikatlaşdırılmışdır və bundan əlavə biz neftçıxarma şirkətləri üçün sərnişinlərin daşınması sahəsində OGP AMG (Oil & Gas Producers Aircraft management guidelines) tələblərinə uyğun olaraq xidmətlərdə təqdim edirik.

Məlum olduğu kimi, ən əsas nailiyyət və məqsəd uçuşların təhlükəsizliyidir. Aviasiyada insan faktoru xüsusilə vacibdir və mükəmməl, müasir maşınların olmasına baxmayaraq yüklərin və sərnişinlərin təhlükəsizliyi, hər şeydən öncə pilotların professionallığından asılıdır. Bu səbəbdən, bizim şirkətdə personalın təlim və yenidən hazırlanmasının təşkili ön yerdə durur. Bizim aviaşirkətin pilotları və texniki-mühəndis heyəti Azərbaycan Milli Aviasiya Akademiyasında və həmçinin Fransanın, Böyük Britaniyanın, Norvecın, Almaniyanın ixtisaslaşdırılmış hazırlıq mərkəzlərində təlim keçirlər və buna müvafiq icazələri əldə edirlər. Mühəndis- texniki heyət üçün təlimlər Part 147 kimi sertifikatlaşdırılmış təşkilatlarda, modernləşdirilmiş trenajor mərkəzlərdə, beynəlxalq D standartları səviyyəsində sertifikatlaşdırılmış trenajor mərkəzlərində keçirilir.

Beləliklə, bütün məsuliyyət ilə deyə bilərəm ki, bizim mütəxəssislər nəzəri və praktiki hazırlığa malikdirlər. Hal-hazırda bizim aviaşirkətin pilotları üzən qazma platformalarda uçuşları həyata keçirir və əgər Xəzər dənizinin çox zaman öncədən proqnozlaşdırıla bilməyən şıltaq hava şəraitini nəzərə alsaq, bu xüsusi ustalıq tələb edir. Buna görə də SWHS-in sifarişçiləri sırasında, hal hazırda Azərbaycanın Xəzər şelfinin işlənib hazırlanmasında iştirak edən SOCAR, ВР, TOTAL, Schlumberger kimi məşhur şirkətləri görmək olar. Biz sifarişçinin istəklərini, daim maksimum dəqiqlik və minimum zaman və vəsait itkisi ilə yerinə yetirməyə hazırıq. Bizim aviaşirkət öz prioritetlərini təhlükəsizlik, perspektiv və uzunmüddətli əməkdaşlıq üzərində qurur. Bizim üçün sifarişçilərin fikirləri, rəyləri və müsbət rekomendasiyaları çox vacibdir. Biz Sizə keyfiyyətli xidmət təqdim etməkdən məmnun qalarıq.

TOP