Sertifikatlaşdırma

“Silk Vey Helicopter Services” MMC-ti Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Administrasiyası tərəfindən verilən 25 iyun 2010-cu il tarixli SW-AOC-001 saylı İstismarçı Sertifikatına və 15 may 2009-cu il tarixli AR/L 002 saylı Lisenziyaya malikdir.

Şirkətdə çalışan mütəxəssislərin peşəkarlıq səviyyəsinin yüksəldilməsinə xüsusi önəm verilir. Bu mütəxəssislər – mühəndis və uçuş heyəti texniki xidmət və uçuş sahəsinə aid müvafiq sertifikatlara və şəhadətnamələrə malikdirlər. Bu sertifikatlar yerli və xarici aviasiya müəssisələri tərəfindən təqdim olunmuşdur.

Şirkət beynəlxalq kompaniyalar və konsorsiumlarla iş prinsipinə əsaslanaraq, mütəxəssislərin beynəlxalq norma və standartlara cavab verən sertifikatlara və şəhadətnamələrə malik olması üçün mütəmadi olaraq xarici müəssisələrdə kurslar təşkil etməkdədir. Bunlardan Norveçin Stavanger şəhərində CHC Helicopter Corporation helicopter training centre (AS 332 L1), Fransada Turbomeca, Eurocopter şirkətini (AS 332 L1, EC 155 B1), Helisim təlim mərkəzini, Almaniyada FSB aircraft maintenance (Cessna), Thielert aircraft engines GmbH (Centurion), Eurocopter şirkətini (EC 135), Kanadada Pratt & Whitney (EC 135 mühərriki), CHC Global Operations (First Aid Kit, Dangerous Goods üzrə sertifikatlar), Amerika Birləşmiş Ştatlarında Sikorsky (Florida ştatında yerləşən West Palm Beach şəhərində S-76 tipli HG-i üzrə Flight Safety sertifikatı), Litvada Amikon aviation training, Rusiya Federasiyasında Ulan-Ude aviasiya zavodu, Omsk uçuş-texniki kollecini, Spark elmi-istehsalat birliyi, Metek şirkəti, Gürcüstan Təlim Mərkəzini, Ukraynanın Ukrainian Aviation Service Center və s.-i göstərmək olar.
Bundan əlavə müvafiq peşə sənətləri üzrə hazırlıq səviyyəsinin artırılması üçün mütəxəssislər yerli müəssisələrin müvafiq kurslarından da müvəffəqiyyətlə keçmişlər. Bunlardan Dövlət Mülki Aviasiya Administrasiyasını, Milli Aviasiya Akademiyasının Aviasiya personalının hazırlığı mərkəzini, Occupational Training international beynəlxalq şirkətinin Azərbaycan filialını (Huet course) misal göstərmək olar.

TOP