Heyətin hazırlığı

Müasir hava gəminin pilotu  o qədər bilik və bacarıqlara malik olmalıdır ki, onların tək hesablanması yüzsəhifəlik sənəd təşkil edir.

29 may 2013-cü il tarixində Prezident İlham Əliyev Azərbaycan Respublikasının “Tərəqqi” fəxri adının təsis olunması barədə sərəncam imzaladı. Bu ali rütbəyə bizim aviaşirkətin işçiləri – Səlim Quliyev və Azərbaycanda  yeganə qadın-vertolyot pilot-xanım İrina Bağirova layiq görülmüşdülər. Bununla da ölkəmiz Azərbaycan Mülki aviasiyanın yaradılmasına və inkişafına bu insanların verdikləri töhfəni qeyd etdi.

Doğrudan da bu töhfənin müqabilində sovet “Mİ” və “AN”-lardan daha müasir “sikorski” və  “aqusta vestlend”-ə qədər olan aviasiyanın inkişafına qırx ilə yaxın ömür sərf edərək  yüksək dərəcəyə malik pilotların qazandıqları nəhəng təcrübə və ustalığı qiymətləndirmək çox çətindir. Onlar haqqında ən ədalətlı deyim budur: “onlar uçan hər bir şeydə uçmağı bacarırlar, hətta uça bilməyən şeylərdə də”. Bu cür yüksək səviyyəyə nail olmaq, təəssüflər olsun, çox nadir hallarda əməl edilir, çünki burada aviatorların istedadı ilə bərabər “uçuş” xarakteri və biliyin unikal uyğunluğu öz yerini almışdır.

Lakin istedad – mütəxəssislərin kütləvi hazirlığı barədə söhbət açarkən çətin hesablanmış və adətən mötərizə xaricinə salınmış faktordur. Burada pilotlar, dispetçerlər,mühəndis-texniki işçilər üçün beynəlxalq normativ aktlar, tədris vəsaitləri, təlimatlar kimi sənədlərdə təsbit olunmuş tələbnamələri rəhbər tutmaq qəbul edilmişdir. Belə ki, bu tələblər çox yüksək, lakin özünü doğrultmuş yüksəklikdir. Axı yeni, daha mükəmməl və təhlükəsiz aviasiya texnikasının işlənib hazırlanmasında nə qədər mütərəqqi texnoloqiyalardan istifadə edilsə də son nəticədə yalnız yaxşı hazırlıq görmüş pilot uçuşun təhlükəsizliyinə zəmanət kimi qalacaqdır.

Həm texniki və həm də uçuş heyəti mütəxəssislərinin peşəkarlıq səviyyəsinin artırılması üçün mütəmadi  olaraq Milli Aviasiya Akademiyasının tərkibində fəaliyyət göstərən “Silk Vey Helicopter Services” MMC bazasında və ya ixtisasartırma Mərkəzində, həmçinin ABŞ, Fransa, Böyük Britaniya, Almaniya, Kanada, Rusiya, İtaliya, Malaziya Ukrayna, Litva və digər ölkələrdə müvafiq sahələr üzrə xüsusi kurslar təşkil edilir.

1992-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 337 saylı qərarı ilə “Azərbaycan Hava Yolları” Dövlət Konserni nəzdində  Milli Aviasiya Mərkəzi yaradılmışdı. İki ildən sonra bu Mərkəz Azərbaycan Respublıkası Milli Aviasiya Akademiyası oldu. Daha 18 ildən sonra 30 may 2012-ci ildə  Akademiya “Hava nəqliyyatı ilə təhlükəli yüklərin daşınması” üzrə  Hava Nəqliyyatı Beynəlxalq Assosiasiyanın (IATA) reqional tədris mərkəzi statusuna layiq görüldü. MDB ölkələri arasında bu cür mərkəzlər yalnız  Rusiyada və Ukraynadadır. Qeyd etmək lazımdır ki, 2012-ci ilin yanvarında Akademiya Mülki Aviasiyanın Avropa Konfransının (ECAC) qərarı ilə ECAC tədris təşkilatları şəbəkəsinə daxil edilmişdir.

Hal-hazırda  Milli Aviasiya Akademiyası Mülki aviasiyanın Beynəlxalq təşkilatının (ICAO) ali tədris müəssisələrinin reyestrinə daxildir. Dövlətlərarası Aviasiya Komitəsinin  Koordinasiya Şurasının (DAK) və Mülki aviasiya sahəsinsə  təhsil üzrə ali tədris müəssisələri Birliyin tədris-metodiki Şurasına assosiativ üzvdür. Akademiya Azərbaycan Respublikası Təhsil Nazirliyində akkreditasiya keçmişdir, Dövlətlərarası aviasiya Komitəsinin və Azərbaycan Mülki Aviasiya Dövlət Administrasiyanın sertifikatını almışdır ki, bu da ona aviasiya mütəxəssislərinin hazırlanmasını həyata keçirmək hüququnu verir.

Aviasiya heyətinin hazırlanması Mərkəzində hazırlıq, yenidən hazırlıq və ixtisasartırmadan keçən orta hesabla  4000-dən 7000-ə qədər dinləyicini əhatə edən 300-dən yuxarı kurslar hər il təşkil olunur. Tədris prosesinin təşkilində və keçirilməsində Azərbaycan Milli Elmlər Akademiyasının 3 akademiki və 3 müxbir üzvü, 30-dan yuxarı elmlər doktoru və 100 nəfər elmlər namizədi olan 350-dən çox müəllimlər iştirak edir. Azərbaycan Milli Aviasiya Akademiyasına akademik, Beynəlxalq Mühəndislər Akademiyanın vitse-prezidenti və Azərbaycan Mühəndislər Akademiyasının prezidenti, fizika-ziaziyyat elmləri doktoru, professor Arif Mir Cəlal oğlu Paşayev rəhbərlik edir.

2010-cu ildə Akademiyada yerüstü heyət və hava gəmiləri  ekipaj üzvlərinin ixtisaslarının artırılması və hazırlıqlarının müxtəlif növlərinin keçililməsini təmin edən, müasir tədris bazasına malik olan AZAL Training Tədris –Təlim Mərkəzi açılmışdır. Bu mərkəz  Airbus A320/A319 ailəsinə məxsus, Boeing -757/767, ATR -42/72, İL-76 hava gəmilərinə, Mİ -171 vertolyotuna, həmçinin AN-2 təyyarəsinə  məhsus ( FFS- Full Flight Simulator) kompleks pilotaj trenajorları ilə təchiz olunmuşdur. Hal-hazırda  FFS A320/319, Boeing 757/767, ATR -42/72, Mİ -171 öz təsnifatında ən müasirləri sayılır və aviasiya tranajorların sertifikatlaşması üzrə ən yüksək beynəlxalq  səviyyəyə D- səviyyəsinə uyğundur.

Dunya aviasiyasının inkişaf səviyyəsi məlumdur: avia daşımaları üzrə tələbat ildən-ilə artacaqdır. Buna müvafiq olaraq aviasiya mütəxəssislərinin və ilk növbədə, pilotların hazırlığını genişləndirmək lazım gələcəkdir.

TOP