“Silk Way Helicopter Services” Qarabağ müharibəsinin qəhrəman-pilotu haqqında film təqdim etmişdir.

by / Bazar ertəsi, 21 Oktyabr 2019 / Published in Xəbətlər
21-102019-1

“Silk Way Helicopter Services” aviaşirkətinin pilotu Qabil Cəlilovun təşəbbüsü ilə Qarabağda döyüşlər zamanı həlak olan pilot Feyruz Cəlilov haqqında sənədli film çəkilmişdir. Qabil Cəlilov həlak olan pilotun oğludur.

21-102019-2

Feyruz Cəlilov Kəlbəcər və Ağdərə rayonlarının müdafiəsi uğrunda gedən döyüşlərdə böyük şücaət və igidlik göstərmişdir. 1993-cü il 30 avqust tarixində Qubadlıda şiddətli döyüşlərin birində Feyruz Cəlilovun idarə etdiyi helikopterin erməni qoşunları tərəfindən vurulması uçuş heyətinin həlak olması ilə nəticələnmişdir.

21-102019-3

Ölkənin suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə göstərdiyi şücaət və qəhrəmanlığa görə Feyruz Cəlilov ölümündən sonra Azərbaycan Prezidentinin fərmanı ilə “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilmişdir.

21-102019-4

İctimai TV kanalında yayımlanan “Sonuncu Uçuş” filmi

TOP