Azərbaycan Mülki Aviasiyasının daha bir uğuru!

by / Cümə, 04 Oktyabr 2019 / Published in Xəbətlər
ICAO

Beynəlxalq Mülki Aviasiya Təşkilatı Şurasının Rəyasət Heyəti (ICAO) aviasiya təhlükəsizliyinə nəzarət sahəsində yüksək nailiyyətlərinə görə Azərbaycan mülki aviasiyasını təltif etmişdir.
⠀⠀
Fəxri sertifikat ICAO-nun 75 illiyi və ICAO Assambleyasının Kanadanın Monreal şəhərində keçirilmiş 40-cı yubiley sessiyasına həsr edilmiş Dünya Forumu çərçivəsində təqdim edilmişdir. Azərbaycan nümayəndə heyətinə Dövlət Mülki Aviasiya Agentliyinin direktoru Arif Məmmədov rəhbərlik etmişdir.
⠀⠀
Assambleyaya ICAO-ya üzv olan 184 dövlət və 70 beynəlxalq təşkilatdan ümumilikdə 2600-dən çox iştirakçı qatılmışdır.

TOP