“Silk Way Helicopter Services” aviaşirkətinin pilotu dünya çempionu oldu

by / Çərşənbə axşamı, 14 May 2019 / Published in Xəbətlər

14 may 2019-cu il, Bakı –  Azərbaycanın “Silk Way Helikopter Services” şirkətinin pilotu Ramin Kazımov braziliyanın jiu-jitsu idman növü üzrə dünya çempionu adını qazanmışdır.

32 ölkənin qatıldığı «UKRAINE NATIONAL CHALLENGE-2019» yarişı Ukraynanın Xarkov şəhərində keçirilmişdir. Azərbaycanı  90 kq çəki dərəcəsində təmsil edən pilot final mərhələsində qalib gəlmişdir.

Ramil Kazımov “Augusta Westland” AW-139 tipli helikopterdə ikinci pilot vəzifəsini daşıyır.

Həmvətənimizi Beynəlxalq idman yarışında qazandığı daha bir möhtəşəm qələbəsi münasibəti ilə “Silk Way Helicopter Services” aviaşirkəti və bütün Azərbaycanın mülki aviasiyası adınan təbrik edirik.

Silk Way Helikopter Services Mətbuat Xidməti

TOP