“Silk Way Helicopter Services” aviaşirkətinin Xəzər dənizində yerləşən platformada uğuru əməliyyatı.

by / Bazar ertəsi, 22 Aprel 2019 / Published in Xəbətlər
ftp

Xəzər dənizi regionunun aparıcı helikopter operatoru “Silk Way Helicopter Services” MMC olaraq, müştərimiz BP AGT üçün çoxsaylı məşəl tiplərinin dəyişdirilməsinin uğurla başa çatdığını elan etməkdən məmnunuq.

Əməliyyatlarda Xəzər dənizində yerləşən platforma qurğusunda çoxsaylı aşağı və yüksək təzyiqli məşəllərin çıxarılması və yenilərinin quraşdırılması nəzərdə tutulmuşdur.

“SWHS” müştərinin tələb etdiyi hədəfləri müvəffəqiyyətlə yerinə yetirmək üçün vertikal yükqaldırma əməliyyatı Aviaşirkətin “Sikorskiy S-92A” tipli vertolyotu ilə həyata keçirilmişdir.

Bu xidmətlərin əsas istiqaməti neft-qaz platformalarında fakel  boruların dəyişilməsinə yönəlib, həmçinin iritutumlu yüklərin çətin dislokasiya yerlərinə daşınması üzrə xidmətlərin geniş spektrini əhatə edir.

Əməliyyatlar ABŞ-ın Sikorsky şirkətinin istehsalı olan S-92 model ağır helikopterlər vasitəsilə həyata keçirilir. Dəniz və qurudakı qurğularda fakel boruların dəyişdirilməsi unikaldır. Belə ki, dünyada bu cür əməliyyatları yerinə yetirən aviaşirkətlərin sayı çox məhduddur. Bu uçuşları yerinə yetirmək üçün hava gəmisi ekipajının zərgər dəqiqliyi məharəti, hava gəmisinin yüksək texnoloji texniki təchizatı və aviaşirkətin bütün əlaqədar xidmətlərinin nizamlı işi tələb olunur.

Bu, “SWHS” şirkətinin dənizdə neft və qaz sektoru üçün helikopter sənayesində mükəmməlliyinə sadiq bağlılığının bir nümunəsidir.

“Silk Way Helicopter Services” şirkətinin mətbuat xidməti

TOP