“Silk Way Helicopter Services” aviaşirkəti “ATYRAU OIL & GAS KAZAKHSTAN 2019” Beynəlxalq neft və qaz sərgisində uğurla iştirak etmişdir

by / Çərşənbə, 17 Aprel 2019 / Published in Xəbətlər
atyrau-oil-gas-6

17 aprel 2019, Bakı – “Silk Way Helicopter Services” MMC cari ilin 9-11 aprel tarixlərində Qazaxstan Respublikasının Atırau şəhərində keçirilmiş “ATYRAU OIL & GAS KAZAKHSTAN 2019” Beynəlxalq neft və qaz sərgisində uğurla iştirak etmişdir.

Dünyanın 200-dən çox şirkətinin iştirakçı qismində qatıldığı tədbirdə (o cümlədən, TENGİZSHEVROİL, SHELL, EXXON Mobile, TOTAL, STATOIL, NCOC, TRANSNEFT, KazMunayGas, və s.) 50 min nəfər ziyarətçi və nümayəndə heyətləri sərgi ilə tanış olmuşdur.

Sərgi zamanı Atyrau şəhərinin Akimi və nümayəndə heyəti “Silk Way Helicopter Services” MMC-nin təklif etdiyi kiçik aviasiya xidmətləri ilə tanış olmuş, qonaqlara ətraflı məlumatlar verilmişdir.

Asiya istiqaməti üzrə sərnişin, yük və digər daşınma əməliyyatlarına “Silk Way Helicopter Services” MMC-nin qatılması üçün perspektivli platforma yaradılmışdır.

Eyni zamanda özüllərdə quraşdırılan məşəllərin helikopter vasitəsilə dəyişdirilməsi üzrə spesifik xidmət növünün (FTP) təqdimat mərasimləri keçirilməklə müxtəlif danışıqlar aparılmışdır.

“Silk Way Helicopter Services” şirkətinin mətbuat xidməti

TOP