Təsdiq olunmuş “Birgə İllik Təlim” Planına əsasən, 01.04.2019-cu il tarixdə “Zabrat Hava Limanı” ərazisində ehtimal olunan qanunsuz müdaxilə aktlarının qarşısının alınmasına dair mövzuda təlimlər keçirilmişdir.

by / Bazar ertəsi, 01 Aprel 2019 / Published in Xəbətlər
mutual-annual-training1

Təlimlərə Azərbaycan Respublikası FHN-nin Kinoloji Taboru və digər müvafiq bölmələri cəlb edilmişdir.

Təlim zamanı sərnişinlərin və xidməti personalın təxliyəsi, “şərti” partlayıcı qurğuların xüsusi xidməti itlərin köməyi ilə aşkar edilməsi, sonradan zərərləşdirilməsi və digər ardıcıl tədbirlərin öyrənilməsi təşkil olunmuşdur.

Təlimin keçirilməsində iştirak edən bütün İdarə, Xidmət, Bölmələrə öz dərin təşəkkürümüzü bildiririk.

TOP