Təsdiq olunmuş “Birgə İllik Təlim” cədvəlinə əsasən, 15.02.2019-cu il tarixdə “Pirallahı Helikopter Meydançası” ərazisinə eniş edən helikopterin şassisində qəflətən güclü yanğın baş verməsi mövzusunda “genişmiqiyaslı” təlimlər keçirilmişdir.

by / Çərşənbə, 20 Fevral 2019 / Published in Xəbətlər
_e8a6992

Təlimin keçirilməsində məqsəd əməkdaşların yanğın təhlükəsizliyinə dair praktiki biliklərinin daha da artırılması, ekstremal vəziyyətdə işçi heyətin qarşılıqlı hərəkət qaydalarını daha  peşəkar səviyyəyə çatdırmaqdan ibarət idi. Bu zaman sərnişinlərin və uçuş heyətinin təxliyyəsi, baş vermiş yanğın mənbəyinin söndürülməsi, ilkin tibbi yardımın göstərilməsi və digər silsilə tədbirlərin öyrənilməsi təşkil olunmuşdur. Təlimlərə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzərəti Xidmətinin müvafiq bölmələri, Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasın briqadaları, müşahidəçi qismində isə Dövlət Mülki Aviasiya Agentliyinin mütəxəssisləri qatılmışlar.

Təlimin keçirilməsində iştirak edən bütün qurumların rəhbər və şəxsi heyətinə öz dərin təşəkkürümüzü bildiririk.

TOP