“Silk Way Helicopter Services” sərnişinin həyatını xilas etmək üçün əlverişsiz hava şəraitində uçuş həyata keçirmişdir

by / Cümə, 18 Yanvar 2019 / Published in Xəbətlər

18 yanvar 2019-cu il, Bakı – “Silk Way Helicopter Services” (SWHS MMC) gecə saatlarında, əlverişsiz hava (qasırğa) və məhdud görüntü şəraitində xəstə sərnişinin təcili tibbi təxliyəsi üçün “Şahdəniz Bravo” platformasına uçuş həyata keçirmişdir.

Uçuş bütün struktur bölmələrin ahəngdar fəaliyyəti və aviaşirkətin pilotlarının peşəkarlığı sayəsində müvəffəqiyyətlə yerinə yetirilmişdir.

Sərnişin uğurlu şəkildə xəstəxanaya çatdırılmışdır və həyatı üçün heç bir təhlükə yoxdur.

İnsanların həyatını xilas etmək SWHS üçün prioritetdir və onun əsas məqsədlərindən biridir.

 

“Silk Way Helicopter Services”-in mətbuat xidməti

TOP