“Silk Way Helicopter Services”-in donanmasına aerofotoçəkiliş üçün müasir helikopter əlavə olunmuşdur

by / Çərşənbə axşamı, 18 Dekabr 2018 / Published in Xəbətlər
18-12-2018-1

18 dekabr 2018-ci il, Bakı – “Silk Way Helicopter Services” kommersiya helikopter aviaşirkəti donanmasına yüksək keyfiyyətli aeroçəkiliş üçün ixtisaslaşdırılmış foto/video avadanlığı ilə təchiz olunan ən yeni “Agusta Westland AW109SP” helikopterini əlavə etmişdir.

“AW109SP” seriyalı helikopterlər hər cür hava şəraitində istismar üçün naviqasiya peyk sistemi ilə təchiz olunmuşdur. Helikopterin şüşə pilot kabini mükəmməl görüntünü təmin edir.

2,6 meqapiksel təsvir ölçülü, geniş görüntü bucağı və quraşdırılmış hiroskopik stabilizatora malik “Gyro-Stabilized Systems (GSS) Broadcast series B512 Gimbal Camera – Ikegami HDL-F3000” bort foto/video kamerası hər cür hava şəraitində və istənilən xarici işıqlandırmada yüksək keyfiyyətli çəkiliş aparmağa imkan verir.

Qeyd edək ki, SWHS şirkəti 2015-ci ildə Bakıda keçirilən İlk Avropa Oyunları, 2017-ci ildə keçirilən İslam Həmrəyliyi Oyunları, həmçinin  Formula 1 Qran Pri və Azərbaycanda hər il keçirilən “Tour de Azerbaijan” velosiped yarışları zamanı  helikopterdən foto və videoçəkilişlər təşkil etmişdir.

“Silk Way Helicopter Services” şirkəti Azərbaycanın ən müasir aviasiya müəssisələrindən biridir. Aviaşirkətin helikopterləri hər il 50 mindən artıq sərnişin daşıyır. Hazırda şirkətin Zabrat aeroportunda yerləşən hava gəmiləri parkına “Sikorsky S-92A”, “Leonardo Helicopters AW139”, “Airbus Helicopters AS-332L1”, “Airbus Helicopters EC-155B1”, “Мi-8МТV-1”, “Мi-8АМТ”, həmçinin “Cessna 172S” tipli təyyarələr daxildir.

“Silk Way Helicopter Services” şirkətinin mətbuat xidməti

TOP