Hörmətli sərnişinlər

by / Çərşənbə axşamı, 30 Oktyabr 2018 / Published in Xəbətlər
dear-passengers-30102018

Yəqin ki, hər biriniz hava limanında tanımadığınız şəxslərin Sizdən hər hansı bir bağlama və ya baqajı onlar üçün daşımağı istəməsi ilə üzləşmisiniz. Son vaxtlar sosial şəbəkələrdə də fərdi şəxslər və təşkilatlar tərəfindən baqajın daşınması xidmətləri təklif olunur.

Nəzərinizə çatdırırıq ki, hər bir sərnişin onun adına qeydiyyata alınmış baqaj və əl yükü üçün birbaşa məsuliyyət daşıyır. Bələd olmadığınız baqajın tərəfinizdən daşınması aviasiya təhlükəsizlik qaydalarının pozulmasıdır və bu, hüquqi nəticələri doğura bilər.

Həmçinin, hava limanında naməlum və sahibsiz əşyalar aşkar edildiyi halda, bu barədə dərhal təhlükəsizlik xidmətinin əməkdaşlarına məlumat verməyinizi xahiş edirik.

TOP