“Zabrat” hava limanı və Heydər Əliyev beynəlxalq hava limanı SWHS əməkdaşlarının uşaqları üçün ekskursiya keçirdi

by / Cümə, 29 İyun 2018 / Published in Uncategorized

Silk Way Helicopter Services aviaşirkəti və Heydər Əliyev Beynəlxalq Aeroportu SWHS əməkdaşlarının uşaqları üçün bir sıra mülki aviasiya obyektlərinə ekskursiya təşkil ediblər.

Uşaqlar təqdim olunmuş unikal imkandan istifadə edərək “Zabrat” hava limanında a vertolyot və aviasiya texnikası, eləcə də təlim təyyarəsi olan Cessna Skyhawk ilə tanış oldular.

Sonra uşaqlar dünya standartları səviyyəsində istənilən növ müasir hava gəmilərinin texniki xidməti üçün hər cür şəraiti olan «Silk Way Technics» anqar kompleksində oldular.

Uşaqlar ekskursiyaya hava limanının Yanğından Mühafizə Xidmətində davam etdilər. Xidmətin nümayəndələri yanğın avtomobillərinin quruluşu haqqında  danışdılar, xüsusi geyim, yanğından mühafizə və xilas etmə inventarını nümayiş etdirdilər, lafet lüləsindən su və köpüyün necə verildiyini uşaqlara göstərdilər. Söhbət zamanı uşaqların əksəriyyəti yanğın söndürənlərin yanğın zamanı hansı nömrəni yığmaq lazım olduğuna və təhlükəli hallarda nələrin edilməsi lazım olduğuna dair suallarına cavab verərək əla biliklər nümayiş etdirdilər.

Ekskursiya sərnişin təyyarəsinə, o cümlədən pilot kabinasına baxışla sona çatdı.

TOP