Təsdiq olunmuş Birgə İllik Təlim cədvəlinə əsasən, 14.12.2017-ci il tarixdə “Zabrat Hava Limanı” ərazisində HG-də və texniki təmir anqarında qəfildən yanğın baş verməsi mövzusunda “genişmiqiyaslı” təlimlər keçirilmişdir.

by / Cümə, 15 Dekabr 2017 / Published in Xəbətlər

Təlimlərə Azərbaycan Respublikası FHN-nin müvafiq bölmələri cəlb edilmişdir.

Təlim zamanı sərnişinlərin və uçuş heyətinin təxliyyəsi, ilkin tibbi yardımın göstərilməsi, baş vermiş yanğın mənbəyinin söndürülməsi və digər ardıcıl tədbirlərin öyrənilməsi təşkil olunmuşdur.

Təlimin keçirilməsində iştirak edən bütün İdarə, Xidmət, Bölmələrə öz dərin təşəkkürümüzü bildiririk.

TOP