“Silk Way Helicopter Services” aviaşirkəti “ADIPEC 2017” Beynəlxalq neft və qaz sərgisində uğurla iştirak etmişdir

by / Bazar ertəsi, 27 Noyabr 2017 / Published in Xəbətlər

22 noyabr 2017, Bakı – “Silk Way Helicopter Services” MMC cari ilin 13-16 noyabr tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabi şəhərində keçirilmiş “ADIPEC 2017” Beynəlxalq neft və qaz sərgisində iştirak etmişdir.

Dünyanın 2200-dən çox şirkətinin iştirakçı qismində qatıldığı tədbirdə (o cümlədən, SOCAR, BP, EXXON Mobile, TOTAL, STATOIL, Gasprom, Qatar Petroleum, Saudi Aramco, ADNOC, KNOC, Oman Petroleum, LukOil, Petronas Oil, Dragon Oil, Petrofac Oil  və s.) 105 min nəfər ziyarətçi və nümayəndə heyətləri sərgi ilə tanış olmuşdur.

Cənub istiqaməti üzrə sərnişin, yük və digər daşınma əməliyyatlarına “Silk Way Helicopter Services” MMC-nin qatılması üçün perspektivli platforma yaradılmışdır.

Eyni zamanda özüllərdə quraşdırılan məşəllərin helikopter vasitəsilə dəyişdirilməsi üzrə spesifik xidmət növünün (FTP) təqdimat mərasimləri keçirilməklə müxtəlif danışıqlar aparılmışdır.

“Silk Way Helicopter Services” şirkətinin mətbuat xidməti

TOP