2014-cü ildə “Silk Way Helicopter Services” aviaşirkəti 2-ci tip “Augusta Westland AW-139 – Ambulans” vertolyotları bazasında EMS əməliyyatlarını həyata keçirməyə başlamışdır.

by / Bazar, 07 Dekabr 2014 / Published in Xəbətlər

2014-cü ildə “Silk Way Helicopter Services” aviaşirkəti 2-ci tip “Augusta Westland AW-139 – Ambulans” vertolyotları bazasında EMS əməliyyatlarını həyata keçirməyə başlamışdır. Bundan sonra aviaşirkət və Azərbaycanın Səhiyyə Nazirliyi arasında bağlanan razılıq ən müasir növ təcili yardım – əhalinin tibbi evakuasiyası xidmətini həyata keçirməyə imkan verəcək. Vertolyotlar bütün uçuş boyu insan həyatını saxlamaq üçün tələb olunan bütün lazımi avadanlıqla təchiz olunmuşlar. Bortdakı tibbi personal insan həyatını xilas etmək və onu təyinat nöqtəsinə çatdırmaq üçün tələb olunan tibbi yardımı göstərəcəklər. Bu işdə insan həyatının xilas olunması ən yüksək prioritet və ən vacib tapşırıq hesab olunur və aviaşirkətin mütəxəssisləri ən qısa müddətdə bu tapşırığın həyata keçirilməsi üçün bütün tələbləri yerinə yetirməyə hazırdırlar. Əməkdaşlıq üçün aşağıdakı ünvana müraciət etmək olar:

Zabrat qəsəbəsi, 2

Telefonlar: +994 12 437 40 49

+994 12 437 40 17

E-mail: info@swhs.az

www.swhs.az

TOP