“Silk Way Helicopter Services” aviaşirkətinin mühəndisi “Fədai” medalı ilə təltif olunmuşdur

by / Monday, 18 March 2019 / Published in News
abbasovkazim1

18 mart 2019-cu il, Bakı – “Silk Way Helicopter Services” aviaşirkətinin uçuş xidmətinin mühəndis-metodisti Kazım Abbasov bu gün mülki aviasiya sahəsində xidmətlərinə görə “Fədai” medalı ilə təltif olunmuşdur.

Kazım Abbasov mülki aviasiya sahəsində əmək fəaliyyətinə 1965-ci ildə ikinci pilot vəzifəsindən  başlamış və uçuş dəstəsinin komandiri vəzifəsinədək yüksəlmişdir. Мİ-1, Мİ-4, Mİ-8, habelə Sikorsky-S76 tipli hava gəmilərində uçuşlar yerinə yetirmişdir.

Kazım Abasovun ümumi uçuş saatı 21450 saat təşkil edir. Bu müddət ərzində o, çoxlu sayda pilot yetişdirib.

Fəaliyyəti dövründə o, həmçinin Qırmızı Əmək Bayrağı,  mülki aviasiya  əmək veteranı və Qarabağ müharibəsi veteranı ordenləri ilə təltif olunmuşdur.

“Fədai” medalı ilə təltif olunma  “Silk Way Helicopter Services” şirkətinin işçilərinin və Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin nümayəndələrinin iştirakı ilə “Zabrat” hava limanında keçirilmiş təntənəli tədbir zamanı baş tutmuşdur.

 

 

“Silk Way Helicopter Services” şirkətinin mətbuat xidməti

TOP